“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turunda “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldikləri matçı şərh edib.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, futbolçularının oyunundan razı qaldığını deyib:
Yaxşı oyun alındı. Azarkeşlər 4 qol izlədilər. Sona kimi oyun intizamını qoruyan futbolçularımdan razı qaldım. “Neftçi”nin yaxşı oyunçuları çoxdur. Onlar imkanlardan istifadə edə bilirlər. “Neftçi” bu gün məğlub olsa da, yaxşı oyun göstərdi. Almeydanın zədəsi ciddi deyil. Ağrıları çox olsaydı, davam edə bilməzdi”.
Q.Qurbanov bildirib ki, qarşıda onları Avropa Liqasının qrup mərhələsində “İnter”lə çətin oyun gözləyir:
“İtaliya klubuna qarşı matçda ən azından layiqli mübarizə aparacağıq”
COMMENTS