Füzuli icra başçısı da eks müsavatçı imiş…

Füzuli icra başçısı da eks müsavatçı imiş…

ala.jpg

Deməli, Fizuli rayonun icra başçısı Alı Alıyev deyilənə görə, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadəyə güvənərək Fizulidə at oynadır.

Dosye.org-un əldə etdiyi məlumata görə, rayonda vəzifə təyinatı işinə Alı Alıyev xüsusi təyin edilmiş hərrac vasitəsi ilə şəxsən öz qərarı ilə müəyyənləşdirir. Bu da ona dəlalət edir ki, onsuzda erməni separatçılarının damğasından bu günə qədər ağlar qalan Füzulidə əsl bazar açıblar. Biz görmüşük ki, hər hansısa vəzifəyə təyinat imtahanla aparılar, nazirlik əmr verər və s ilaxır. Görünür, Alı Alıyev Füzulidə bütün funksiları tək başına icra edir. İsmini Alı Alıyevin “zəhmindən” qorumaq üçün vermədiyimiz Füzuli sakini bildirdi ki, Alı Alıyev son aylarda bircə vəzifə təyinatından Bakıdakı 2 otaqlı evin pulunu götürüb. Deməli, sözü gedən “fərasətli” icra başçısı Horadiz şəhəri üzrə icra nümayəndəsi vəzifəsində işləyən Ramiz Behbudovu icra aparatında hüquq şöbəsinə müdir təyin edib. Qarşılığında isə ondan 15-20 min manat məbləğində rüşvət alıb. Əvvəllər icra hakimiyyətində baş memar vəzifəsində işləyən Natiq Abbdullayev adlı şəxsi isə Horadiz şəhər ərazi icra nümayəndəsi təyin edib. Bu təyinatdan isə 30 min manat rüşvət alıb. Məlumata görə, Alı Alıyevin pul müqabilində satdığı vəzifələr sıradan pul ödəyən adamlara satılmırmış. Çünki sonradan məlum olur ki, onlar pul ödəməklə yanaşı onun üçün insanlıqdan kənar işlər də icra edirmiş. Görünür bu Alı Alıyevin rüşvət almazdan əvvəl insan üzərində apardığı tətqiqat formasıdır…Belə ki, bir az əvvəl adını çəkdiyimiz Natiq Abdullayev rüşvət verməzdən əvvəl və hələ icra hakimiyyətində baş memar işlədiyi zaman, icra başçısı işinə müdaxilələr edərək onu işdən azad etdirib. Bir müddətdən sonra isə bu əməlinə görə, Natiq Abdillayev mükafatlandırılıb və kamxoza müavin təyin edilib. Daha sonra isə rüşvət pulunu toplayaraq, Horadiz şəhər icra nümayəndəsi vəzifəsini Alı Alıyevin sərgilədiyi “vəzifə bazar”ından alıb. Bazardan neçəyə satdığı hələ məlum olmayan yeni təyinat daha var. Bu hüquq şöbəsinin müdiri Qənimət Əliyevi müəyyən məbləğə icra hakimiyyətində Ərazi İdarəetmə şöbəsinə müdir təyin edib. (Qeyd edək ki, Qənimət Əliyevin diplomunun saxta olması da bildirilir. Belə ki, mənbənin verdiyi məlumata görə, “diplom” Rusiyadan satın alınıb. ) Hazırda isə Alı Alıyev “Əmək və Əhalinin Sosial Müdafiəsi mərkəzinin direktoru vəzifəsini hərraca qoyub. Lakin ilkin qoyduğu məbləğ çox olduğundan heç kəsin bu pulu ödəməyə gücü çatmır. Söz nə az, nə çox 35 min manatdan gedir. 

Hə indi də gələk əsas məsələyə… Belə ki, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Alı Alıyev əvvəl Müsavat Partiyasının üzvü olmaqla yanaşı qabaqcıl fəallarından olub. Bu isə Alı Alıyevin rayonda Suvarma Sistemləri İdarəsində müdir işləyən zaman təsadüf edir. Sonra Alı Alıyevin partiya sıralarını tərk etdiyi bildirilir. Amma tərk etsə də, partiyaya sadiq şəxsiyyət kimi deyilənə görə, bu günə kimi Müsavat partiyasını maliyələşdirməyə davam edir.

COMMENTS