Bir neçə gün əvvəl Füzuli rayonunda məktəb direktorunun bir xanıma əxlaqsız təklif etməsi barədə məlumat vermişdik.
Dəyərli oxucularımıza söz vermişdik ki, yaxın günlərdə həmin direktorun adını sizlərə açıqlayacağıq və biləcəksiniz ki, bir qadına qarşı seksual təklif edən direktor adına layiq olmayan şəxs kimdir. Bu gün isə sözümüzün üstündə dayanıb həmin direktorun adını dəyərli oxucularımıza açıqlayacağıq. Ələxüsusda Füzulilərə.
Əvvəlcə oxucularımızdan və dəyərli Füzuli ictimayyətindən yazılarımızda etiq normalardan kənara çıxdığımıza görə üzür istəyirik. Ola bilsin ki, hisslərimizə hakim çıxa bilməyib bəzi ifadələr işlətmiş olmuşuq. Onu bilirirk ki, Füzuli torpağı neçə neçə igidlər, Qəhramanlar yetişdirib. Bu torpağın qeyrətli oğlanları var və həmişədə olacaqlar. Bizdə bu insanlarla həmişə qürur hissi duymuşuq, bu gündə onlarla fəxr edirik. Gəlin razılaşaq ki, bəzən özlərini ziyalı adlandıran insanların hərəkətlərinə və davranışına fikir verməmələri, ağzına nə gəldi danışdığınında şahidi oluruq.
Özünü ziyalı müəllim adlandıran, ağlına və ağzına nə gəldi danışan, cəmiyyətdə davranışlarına məhəl qoymayan şəxslərdən biridə Füzulidə musiqi məktəbinin filial direktoru Xələddin Sərxanovdur. Barəsində söz açdığımız Xələddin Sərxanov o şəxsdir ki, spirtli içki qəbul edərək tanımadığı qadına yaxınlaşıb ona əxlaqsız təklif edib. Hətta Əyyub adlı dostunada zəng edərək “kırçokuna” balığ düşdüyünü bildirib. Dostu ilə danışan Sərxanov qəfil telefonu xanıma uzadır və “al bununla danış” deyir. Bu sözlərlə qarşılaşan qadın X. Sərxanova sərt cavab verir və uzaqlaşır.
Əslində bildirilir ki, məktəb direktoru günün müəyyən vaxtlarında Əhmədbəyli-“Dörd yol” ərazisinə çıxaraq özünə sevgili axtarır. Razılaşmalıyıq ki, belə bir hərəkətlərə yol verən şəxsin məktəb direktoru işləməsi bir rayonun adına ləkə gətirməkdən başqa bir şey deyildir. Azında rəhbərlik etdiyi kollektivin qarşısında özünü necə aparmasıda artıq hər kəsə yaxşı bəllidir.
Müəllim adı ən şərəfli addır. Mərhum Heydər Əliyevin “Müəllimdən yüksək ad tanımıram “deməsi müəllimə olan yüksən etimadın təzahürüdür. Müəllim adı ən uca zirvəni fəth edib. Hər bir peşə sahibləri öz intelektual səviyəsinə görə müəllimə borcludur. Hər birimiz elm və savadı müəllimlərimizdən öyrənmişik. Görünür Xələddin Sərxanov ya orta məktəbə getməyib, yada ki, intelektual səviyyəsi aşağı olduğundan insanlara, ələxüsusda xanımlarla qarşı qeyriəxlaqi davranışları ilə seçilir. Gərək müəllim adını daşıyan hər bir şəxs cəmiyyətdə də davranışlarına diqqət yetirsin. Diqqət yetirsin ki, daşıdığı müəllim adınada xələl gəlməsin.
Ümid edək ki, rayon rəhbərliyi qeyd olunan məsələyə ciddi yanaşacaq və müəllim adına ləkə gətirən, X. Sərxanovu işdən uzaqlaşdıracaqdır.
SonOlay.org
COMMENTS