Füzulidə “Pikap” aşıb – Ölən və yaralananlar var

Füzulidə “Pikap” aşıb – Ölən və yaralananlar var

Füzuli rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 21-də saat 7 radələrində Füzuli rayonunun Üçbulaq kəndi ərazisində Abşeron rayon sakini C.Tanrıquliyev idarə etdiyi “Mitsubishi-Pikap L200” markalı avtomobili aşırıb Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət almış 5 sərnişini xəstəxanaya yerləşdirilib.

Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS