Füzulidə doğuş zamanı uşaq öldü, cinayət işi başladı

Füzulidə doğuş zamanı uşaq öldü, cinayət işi başladı

Füzuli rayonunda doğuş zamanı uşaq ölüb.

Dosye.org Trend-ə istinadən xəbər verir ki, hadisə Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Beyləqan rayonu, Mil qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Qasımova Gözəl Kərim qızı xəstəxananın doğum şöbəsinə qəbul olunub. Doğuş zamanı G.Qasımovanın uşağı ölüb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

DOSYE.ORG

COMMENTS