Tanınmış məşqçi ona “səs salma” deyən qadının boğazını kəsdi- Binadakı dəhşətli cinayət

Tanınmış məşqçi ona “səs salma” deyən qadının boğazını kəsdi- Binadakı dəhşətli cinayət

İstanbulun Beşiktaş ərazisində dəhşətli cinayət hadisəsi baş verib.

Dosye.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin ərazidə tanınmış fitness məşqçisi olan İbrahım Y. ona “çox səs salırsan, bir az sakit ol” deyən binadakı gözətçi qadının boğazını kəsərək öldürdü.

Polis hadisə törədib qaçan İbrahim.Y-nin axtarışına başlayıb.
Məlumatda bildirilir ki, 48 yaşlı Nefise Dolapçı üst mərtəbədəki qonşularına zəng edərək qonşuları İbrahim.Y adlı şəxsin evində çox səs saldığını və onları narahat etdiyini deyib.

Qonşuların şikayətindən sonra 48 yaşlı qadın həmin binadakı mənzilə 2 ay öncə köçən İbrahim Y-nin qapısını döyüb və qonşuların ondan şikayətçi olduğunu, onları narahat etməməsini deyib. Nefise Dolapçı İbrahim Y ilə mübahisə edib. Mübahisədən sonra İbrahim.Y əlindəki bıçaqla qadının boğazını kəsərək öldürüb.

Dosye.org

COMMENTS