Gədəbəydə bir gündə yeddi nəfər dəm qazından zəhərləndi

Gədəbəydə bir gündə yeddi nəfər dəm qazından zəhərləndi

Gədəbəydə dəm qazından zəhərlənmə faktları olub.

DOSYE.ORG Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Qaradağ kənd sakinləri, bir ailənin üzvləri – 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlı dəm qazından zəhərləniblər.

Digər zəhərlənmə faktı Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb. Həmin hadisə zamanı 1955-ci il təvəllüdlü M.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Rayonun Gərgər kəndində qeydə alınan daha iki faktda isə 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva dəm qazından zəhərləniblər.

Zəhərlənən şəxslərin vəziyyətlərinin normal olduğu bildirilir.

Faktlarla bağlı araşdırma aparılır.

COMMENTS