YAP Gəncə şəhər Təşkilatının Qərargahında 2015-ci ildə Avropa Gənclər Paytaxtı seçilən Rumıniyanın Cluj-Napoka şəhəri ilə canlı bağlantı olub.
”Cluj- heç vaxt yatmır” adlı beynəlxalq layihədə Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Şagird Parlamentinin sədri Valeh Əsədov, idarə heyəti və “Avropa Gənclər Paytaxtı Gəncə- 2016” İctimai Birliyinin könüllüləri iştirak ediblər.
Bağlantıda gənclər fəallıq göstərib, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan dövlətinin mədəniyyəti, adət- ənənəsi və Gəncənin tarixi haqqında Cluj şəhərinin gənclərini məlumatlandırıblar. Maraqlı layihə zamanı diskussiyalar aparılıb, təkliflər dinlənilib və müxtəlif əyləncəli oyunlar həyata keçirilib.
Qeyd edək ki,Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Gəncə şəhərində yeritdiyi uğurlu gənclər siyasəti nəticəsində Gəncə şəhəri 2013-cü ildə keçirilən Avropa Gənclər Paytaxtları Baş Assambleyası tərəfindən 2016 –ci il üçün Avropa Gənclər Paytaxtı statusunu qazanıb.
Sağlam vətəndaş cəmiyyətini təsis etmək və gənclərin beynəlxalq səviyyədə ölkəmizi, şəhərimizi təmsil etməsində , gənclərin məşğulluğu sahəsində bir sıra proqramların həyata keçirilməsində layihə mühüm əhəmiyyət kəsb edir.
Dosye.org
COMMENTS