Top.Mail.Ru

Gəncə 3 saylı peşə litseyində Fazil İsmayılov olayları- PREZİDENTƏ ŞİKAYƏT

Gəncə 3 saylı peşə litseyində Fazil İsmayılov olayları- PREZİDENTƏ ŞİKAYƏT

Dosye.org saytının elektron ünvanına Gəncədəki 3 saylı peşə litseyi ilə bağlı şikayət məktubu daxil olub. Məktub ölkə başçısına və digər qurumlara saytımız vasitəsi ilə ünvanlanır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,

Surəti Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramova,

Surəti Gəncə şəhəri İcra Hakimiyyətinin Başçısı cənab Niyazi Bayramova.

Gəncədəki 3 saylı  peşə litseyinin sabiq direktoru Fazil İsmayılov rəhbərlik etdiyi təhsil ocağına özünün pul xırmanı kimi yanaşaraq, yetim şagirdlərin də təqaüdlərini biçib mənimsəyirdi.

Özünün idarəçiliyi ilə korrupsiya və rüşvətxorluğa meydan açan, liseyin inventarlarını və digər maddi resurslarını qorxmadan talayan direktor ancaq varlanmağı hədəfləyirmiş. Sən demə, büdcə talançılığını həm də valideynlərini itirmiş şagirdlərinə qarşı, özü də amansızcasına edə bilirmiş…

Yetim-yazıq demədən əlinə keçən şagirdin aylıq təqaüdünü “həzm rabe”dən keçirən bu “elm adamı” nın  yarıtmaz   fəaliyyəti nəticəsində  liseydə tədris və şagirdlərin dərslərə davamiyyəti aşağı olub. Çünki, Fazil İsmayılovu şagirdlərə keyfiyyətli peşə tədrisi və nizam-intizam əsla maraqlandırmayıb, o ancaq tabeliyindəkilərin əli ilə bac-xərac yığıb.

Onlarla tələbə təqaüdlərindən doymayan direktor və yaxın əlaltıları müxtəlif səbəbdən dərs buraxan şagirdlərin valideynlərindən əlavə haqq da yığdırıb. Biabırçı məqam isə odur ki, direktor görk olsun deyə, “sözünə baxmayan” şagirdlərin bir neçəsini liseydən (təhsildən) uzaqlaşdırıb.

Direktor litseyin şagirdi  Ömər Həsənovun anasına telefon zəngi etdirərək Ömərin yanvar-fevral-mart ayları üçün dərsə gəlmədiyini, qiymətlərinin yazılmadığını bildirir. Əvəzində, direktor şagirdin anasından 3 aylıq təqaüdün pulunu ödəmələrini tələb edib. Son ay üçün isə kartı tələb edib. Ana isə cavabında, oğlu Ömərin həmin pulu alıb xərclədiyini deyib, istənilən pulu vermək üçün özünün pensiyasını alması üçün vaxt istəyir. Nəticədə, ana pulu verə bilmir və oğlu liseydən qovulub.

Bundan başqa, Ülvi Məmmədov adlı şagird də Bakıda yaşayır. Dərsə gəlməsə də liseydə “pul gücünə” təhsil alır. Bu şagirdin də kartı əlindən alınıb.

Bir valideynini itirmiş başqa şagirdlər də kartlarının direktor tərəfindən mənimsənilməsinə şikayət ediblər.

Bunlardan – İsmayılov Əhliman Ruslan oğlunun;

Qasımov Murad Əbülfəz oğlunun;

Abdullayev Qurban Akif oğlunu;

Tanrıverdiyev İmran İlqar oğlunun;

Sadıqov Əziz Asif oğlunun yazmış olduqları ərizələri misal gətirmək olar. O şagirdlər də direktorun hədə-qorxu ilə “kart bazarı” açdığını, təcrübə adı ilə də 20 manat yığdırdığını yazırlar.

Yuxarıda qeyd edilən faktlarla əlaqədar  qeyd etmək olar ki, şagirdlərin pul və təqaüd kartlarının mənimsənilməsində liseyin direktoruna yardım edənlər olub.

Şəkillərdə bir neçə tələbə onların təqaüd kartlarının Fazil İsmayılov tərəfindən mənimsənilməsini öz imzaları ilə təsdiq edib.

Fazil İsmayılovun bunca cinayət əməllərinə, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tam susqunluq nümayiş etdirdi. Fazil İsmayılov da özünü ərköyün korrupsioner kimi aparırdı.

Nəhayət,Fazil İsmayılov tutduğu cinayət əməllərinə görə vəzifəsindən azad olundu.Bundan sonra,o,çalışdı ki,Gəncə Dövlət Universitetinə kafedra müdiri vəzifəsinə keçə.Lakin rektor Yusif Yusibov buna imkan vermədi,bu rüşvətxoru universitetə işə götürmədi.Lakin,Azərbaycan Texnologiya Universiteti bu cinayətkar,bu rüşvətxor Fazil İsmayılova qucaq açdı.

Bəli, Azərbaycan Texnologiya Universiteti və Peşə Təhsili üzrə Dövlət Agentliyi 3 saylı peşə liseyinin sabiq dirktoru Fazil İsmayılovu himayəsinə alıb desək, yəqin ki, yanılmarıq. Belə ki, əvvəllər avtobus parkında mühasib, daha sonra isə GDU-da müəllim vəzifəsində çalışan, ixtisasça  əmək təlimi müəllimi olan ,lakin naməlum səbəblərdən  iqtisadçı olan Fazil İsmayılov, çox keçmədi ki, ona “arxa-dayaq” olan şəxslərin köməkliyi ilə 2016-cı ilin oktyabr ayında 3 saylı Peşə Liseyinə direktor təyin olundu. Təyinatından az sonra o, liseydə reformalar keçirmək adı altında, bir neçə nəfəri işindən uzaqlaşdırıb onları işsiz qoya bildi. Bu şəxs direktor işlədiyi ötən illər ərzində liseyin daxilində çəkişmələr, söz-söhbətlər “pik nöqtə” yə çatdı və baş verən hoqqalar səbəbindən də, neçə-neçə şəxslər işsiz qaldılar. Elə şəxslər də oldu ki, onlar Fazil İsmayılovla “dil tapmağın” mümkünsüzlüyünü hiss edib, özləri liseydən uzaqlaşdılar və başqa sahələrdə iş axtarışına çıxdılar. Peşə Təhsili üzrə Dövlət Agentliyində baş verənlərlə bağlı lazımi qədər məlumatlı olsalar da, nədənsə agentlikdə səlahiyyət sahibi olanlar Fazil İsmayılovun hoqqalarına göz yummaq qərarı verdilər. Həmin dönəmdə işçilərdən bir neçəsi məhkəməyə müraciət edib bəraət ala bilsələr də, onlar sabiq direktorun şər-böhtanlarından kənarda qalmaq üçün, bir daha liseyə qayıtmadılar. Əldə etdiyimiz məlumatlara görə, həmin şəxslər bu gün də işsiz qalmaqdadırlar.

Bir faktı da qeyd edək ki, Fazil İsmayılov direktor işlədiyi illər ərzində narazılıqlar getdikcə artdı və vəziyyət o həddə gəlib çatdı  ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi bu şəxsə “jest edib” onu kollegiyanın qərarı ilə deyil, məhz yumşaq şəkildə desək, öz ərizəsi əsasında daşıdığı vəzifəsindən uzaqlaşdırmaq üçün razı sala bilirlər. Düşündürücü hal odur ki, Fazil İsmayılov hansı kollektivə rəhbərlik edibsə, bütün zamanlarda işlədiyi kollektivdə narazılıqlar yaradıb. Yəni, bu şəxsin xarakterik xüsusiyyəti, həyata keçirdiyi idarəçiliyin mahiyyəti belə olub.

Bütün bunlara baxmayaraq, adı çəkilən bu şəxsi Gəncə Dövlət Universitetinin rəhbərliyi deyil, Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi işə qəbul etdi. Bu şəxsin yarıtmaz idarəçiliyi sayəsində işsiz qalanlar, hələ də işlə təmin olunmasalar da, artıq Fazil İsmayılov yeni vəzifəsinin icrasına “start verdi”.

Bildirək ki, adı çəkilən bu şəxsə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən edilən güzəştlər yenə də davam etməkdədir. Belə ki, heç bir korrupsiyaya yol vermədən fəaliyyət göstərdiyini iddia edən Azərbaycan Texnologiya Universiteti, vaxtilə işdə qol qoyduğu ciddi nöqsanlar səbəbindən daşıdığı vəzifəsindən azad olunan Fazil İsmayılovu, əmək kitabçası olmadan işə qəbul edib. Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən bugünə kimi Fazil İsmayılova əmək kitabçasının qaytarılmamasının səbəbi isə, onun ticarət və xidmət üzrə 3 saylı Peşə Liseyində direktor vəzifəsini daşıyarkən, liseyi təhvil-təslim etməməsidir. O, 2019-cu ilin avqust ayında direktor vəzifəsindən xaric olunsa da, işlədiyi 3 saylı Peşə Liseyinin invertarları, mühasibatlığı və s. təhvil-təslim etmədən, bu gün eyni nazirliyə tabe olan təhsil müəssisəsində işlə təmin olunması, Fazil İsmayılovun güclü himayədar tərəfindən himayə olunmasından xəbər verir. Bu da onu söyləməyə əsas verir ki, Təhsil Nazirliyi ilə bərabər, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi də sabiq direktora “yaşıl işıq” yandırıb. O halda sual oluna bilər ki, görəsən Fazil İsmayılovun günahı ucbatından işsiz qalan şəxslərə nə vaxt “yaşıl işıq” yandırılacaq?! Belə bir düşündürücü sualın cavabı uzun müddətdir ki, bu sahədən məlumatlı olan gəncəliləri hələ də düşündürməkdədir

İndi isə Fazil İsmayılov yenidən Gəncə Dövlət Universitetində müəllim olmaq üçün dəridən qabıqdan çıxır.Tələbələrin kartlarını mənimsəyən,litseyin avadanlıqlarını yeyib dağıdan,nəvələri yaşında qızlarla 4 dəfə ailə qurub sonra onları boşayan bir insan müəllim adını necə daşıya bilər.Fazil İsmayılovun 2-ci həyat yoldaşı Gəncə Dövlət Universitetinin keçmiş prorektoru Rəhim müəllim olub.Rəhim müəllim prorektor vəzifəsindən azad olunan kimi,Fazil İsmayılov onun qızını boşayıb.Bu adam bu günlərdə Təhsil Naziri Ceyhun Bayramova müraciət edib ki,Azərbaycan Texnologiya Universiteti ilə bərabər, Gəncə Dövlət Universitetində  də  yarım ştat müəllim vəzifəsini tutmaq üçün ona köməklik göstərsin.

Bəli, demək, kimin “daydayı”sı varsa həmin şəxsə hər şey olar, kim sıradan bir şəxsdirsə, həmin şəxsin işsiz qalması kimisə düşündürməz. Bax, budur faciə, budur özgürlük!

 İmza: ƏLİ  ŞƏRİFLİ,

 həmin litseyin müəllimi

Videosujetdə Fazil müəllimin qardaşı oğlunun köməyi ilə litseyin müəllimlərindən rüşvəti yığmaq videosunun biri verilib. Məlumat  üçün bildirmək istəyirəm ki,videoda pulu verən müəllim mənəm.

DOSYE.ORG

COMMENTS