Gəncə gəncləri sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatları pisləyirlər

Gəncə gəncləri sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatları pisləyirlər

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gənclərin ən yaxın dostu olmaqla yanaşı, hər zaman gənclərə diqqət və qayğı göstərib, onların dövlət orqanlarında irəli çəkilməsinə şərait yaradıb.

Gənclər Evinin, ali təhsil müəssisələrində yeni tədris korpuslarının, yeni məktəb binalarının, kitabxanaların, parkların, əyləncə mərkəzlərinin idman komplekslərinin istifadəyə verilməsi Gəncədə vətənpərvər, yüksək intellektə malik, geniş dünyagörüşlü gənc nəslin formalaşmasına bariz nümunədir.

Elmar Vəliyevin Gəncə şəhərinə rəhbərlik etdiyi 7 ildə gördüyü işləri sadalamaqla qurtarmaq olmaz. Təkcə onu qeyd eləmək yerinə düşər ki, xarici ölkələrdən şəhərimizə gələn qonaqlara son illərdə yaradılan muzeyləri, parkları, istirahət mərkəzlərini, Avropa standartlarına cavab verən ticərət məkanlarını fəxrlə göstərir, qürurla möhtəşəm şəhərdə yaşadığımışı bildiririk.

Bəli, şəhər əhalisinin 32 faizini təşkil edən gənclərin qürurlanmağa tam haqqı var. Onlarla mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən Gəncə 2016-cı ildə Avropa Gənclər Paytaxtı, 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı adını şərəflə daşıyıb. Nəhayət, Gəncə şəhəri regionda daha bir ilkə imza atıb. 2019-cu ildə Avropanın İdman Şəhəri titulina layiq görülüb.

Son günlərdə Gəncə şəhərində baş verən məlum hadisələrə Gəncə gənclərinin münasibəti birmənalıdır. Hər zaman dövlətə və dövlətçiliyə sadiq olan gənclik haqqın, ədalətin tərəfində olaraq, sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatları pisləyir, Gəncədə bütün sahələrdə aparılan uğurlu inkişafı dəstəkləyir və davamını gözləyirlər.

Gəncə Dövlət Universitetinin gəncləri

1. Adıgözəlov Pərviz

2. Məmmədov Orxan

3.Xıdırov Mustafa

4.Salmanov Tural

5.Əsədullayeva Fidan

6.Əhmədov Tural

7.Məmmədova Minayə

8.Səfərli Fidan

9.Tağıyev Elşən

10.İmanov Səməndər

və başqaları

COMMENTS