Gəncədə DYP avtoxuliqanı sərt cəzalandırdı – Məhkəmə də cəza kəsdi…

Gəncədə DYP avtoxuliqanı sərt cəzalandırdı – Məhkəmə də cəza kəsdi…

Mayın 4-də Göy – Göl rayonu Yeni Qızılca kənd sakini Allahverdiyev Taleh  Xaliq oğlu idarə etdiyi VAZ 2107 markalı 20 BJ 504 dövlət nömrə nişanlı avtomaşınla Gəncə şəhərində etdiyi avtoxuliqanlığa görə ciddi cəzalandırılıb.

Bu barədə Moderator.az-a Gəncədəki mənbələrimizdən məlumat verilib. Belə ki, avtoxuliqan məhkəmənin qararı ilə 25 sutka inzibati həbs cəzasına məhkum edilib və 1 il müddətinə sürücülük hüququndan məhrum olunub.

Gəncə DYP bu addımı və məhkəmənin çıxardığı qərar alqışlanmalıdır və digər ərköyün avtoxuliqanlara da dərs olmalıdır. Ümid edirik ki, Taleh Allahverdiyevin son aqibətindən çoxları nəticə çıxaracaq.

COMMENTS