Hazırda Gəncənin Şah Abbas məscidi, Şahsevənlər məscidi və Qazaxlar məscidi qapadılıb. İnanclıların bölgələrdən və paytaxt Bakıdan Gəncəyə axışdığı bildirilir.
***
Şah Abbas məscidinin ətrafının Daxili Qoşunların əsgərləri ilə mühasirəyə alındığı bildirilir. Məlumata görə, ibadət evinə heç kəs buraxılmır. Bu gün şəhərin bütün məscidlərinin bağlanması barədə göstəriş verildiyi qeyd olunur. Bildirilir ki, ibadət evi yerləşən ərazidə yerdə qan izləri görünür.
***
Tasua yürüşü üçün Şah Abbas məscidinə toplaşan müsəlmanların 50-ə yaxını polis bölməsinə aparılıb. Artıq 30 nəfərin sərbəst buraxıldığı, 20 nəfərin isə hələ də bölmədə saxlanıldığı bildirilir.
***
Gəncədə müsəlmanlara qarşı hər il olduğu kimi bu dəfə də Tasua yürüşü ilə bağlı təzyiqlər başlanılıb.
Şah Abbas məscidinə gedən yollarda polis postları qurulub. Yürüşü üçün Şah Abbas məscidinə toplaşan müsəlmanların 50-ə yaxını polis bölməsinə aparılıb. Artıq 30 nəfərin sərbəst buraxıldığı, 20 nəfərin isə hələ də bölmədə saxlanıldığı bildirilir.
Məscidin qarşısına toplaşan insanların ərazidən uzaqlaşdırıldığı qeyd olunur. İnanclılar təzyiqlərin arxasında Gəncə şəhər İcra başçısı Elmar Vəliyevin olduğunu vurğulayırlar. (AzadXeber.az)
COMMENTS