Gəncədə maşın işıq dirəyinə və evin divarına çırpılıb

Gəncədə maşın işıq dirəyinə və evin divarına çırpılıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə və evin hasarına çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb.

COMMENTS