Gəncədə polislə dindarlar arasında qarşıdurma – FOTOLAR

 

Gəncə şəhərində Şah Abbas cümə məscidində qarşıdurma baş verib.  Faktxeber.com xəbər verir ki, qarşıdurma məscidə toplaşan dindarların Aşura mərasimi ilə bağlı İmam Hüseyn məclisi keçiriməsi zamanı olub. Polis qüvvələri məscidə gələrək, camaatdan məscidin həyətini boşaltmalarını və hər kəsin məscidin içinə girmələrini istəyiblər. Bu zaman camaatla polis qüvvələri arasında qısa müddətli münaqişə baş verib. Sakinlər Gəncə şəhərində son zamanlarda dindarlara qarşı təzyiqlərin davam etdiyini bildirirlər.

COMMENTS