Gəncədəki 4 saylı qəbiristanlıqda Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Bayraq Meydanının inşasına başlanılıb.
Kəpəz TV xəbər verir ki, Bayraq Meydanı “Şəhidlər” abidə kompleksinin arxasında tikilir. İki gündür ki, start verilən işlər davam edir və hazırda ərazidə torpaqbərkitmə işləri görülür. Bayraq Meydanı təxminən 20 min kv.m ərazidə olacaq. Burada qurulacaq bayraq 60 metr hündürlükdə dalğalanacaq, ətrafda yaşıllıq salınacaq. Bildirək ki, qəbiristanlıqda Qarabağ müharibəsində həlak olan 366 şəhidin məzarı da tamamilə yenidən qurulub.
Həmçinin xiyabanın mərkəzində hündürlüyü 18 metr olan 8 guşəli “Şəhidlər” abidə kompleksi də inşa edilib.
COMMENTS