Gəncə şəhərində karantin qaydalarının kobud şəkildə pozulduğu barədə məlumat vermişdik.
Məlumat üçün bildirək ki, koronovirus infeksiyasının yayılması ilə əlaqədar olaraq karantin elan olunduğuna görə respublikamızda toy və yas tədbirlərinin keçirilməsinə qadağa qoyulub. Ölkə başçısı cənab İlham Əliyevin verdiyi göstərişlərinə və Operativ Qərərgahın qərarlarına Gəncə şəhərində bir mənalı olaraq riayət edilmir.
Belə ki,Gəncədə yerləşən “Şah sarayı”,”İmperial”,”Kəşfiyyat”,”Alov” restoranlarında hər gün 250-300 nəfərin iştirak etdiyi toy mərasimləri keçirilir. Gəlin maşınlarının həyətdə durmasına icazə verilmir, kənar yerdə saxlanılır.
Bu saraylarda, eləcə də “Park-House” adlanan kafedə hər gün toy, ad günü və nişan mərasimləri keçirilir. Dosye.org-a məlumat verən mənbənin sözlərinə görə, şadlıq saraylarının rəhbərləri şəhərin “ağsaqqallarını” görüm-baximdan sonra toy sahiblərinə icazə verir.
Amma maraqlı odur ki,7-8 nəfərə dərs keçən repetitor müəllimlərin evlərinə qəfil polis basqınları təşkil olunur, onlar 1000-2000 manatadək cərimə olunur. Cərimə üçün gəlmiş polis nəfərləri bu işin onlarlıq olmadığını bildirir və onlara şəhər polis idarəsi tərəfindən plan qoyulduğunu iddia edirlər.
Heç bir gigiyenik və karantin tədbirlərinə əməl edilməyən şadlıq evlərində keçirilən toy mərasimlərinə mane olmayan polislər 7 və ya 8 nəfərə maska ilə dərs keçən müəllimləri cərimələyir,heç bir sanksiya olmadan onları polis şöbələrinə aparırlar. Hər biri 1000 manat cərmə olunub.
Cərmələnən müəllimlər:
Vüsal Əhmədov – riyaziyyat
Şöhrət Cəfərov – riyaziyyay
Elnarə müəllimə – Azərbaycan dili
Rəqsanə müəllimə – ingilis dili
Vasif müəllim- riyaziyyat
DOSYE.ORG
COMMENTS