Gəncədə taxta bazarı yanır

Gəncədə taxta bazarı yanır

Alov sahəsi 2 ha olan “DAŞQIN” inşaat materialları bazarının ərazisini bürüyüb

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Kəpəz rayonunda taxta bazarında yanğın baş verib. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerinə ilkin çatan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən yanğının miqyası nəzərə alınaraq 2 saylı çağrış elan edilib.

Yanğın nəticəsində ümumi sahəsi 2 ha olan “DAŞQIN” inşaat materialları bazarının ərazisində ümumi sahəsi 1400 m² olan talvarın yanar konsturksiyaları, altına yığılmış 15 ədəd taxtakəsən dəzgah və 100 m² sahədə avtomobil ehtiyyat hissələri yanıb. Yaxınlıqdakı digər satış obyektləri yanğından mühafizə olunub.

DOSYE.ORG

COMMENTS