Gənc oğlandan yetkinlik yaşına çatmayan qıza qarşı – Dəhşətli əməl

Gənc oğlandan yetkinlik yaşına çatmayan qıza qarşı – Dəhşətli əməl

Abşeron rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan şəxsə cinayət işi açılıb.

Teleqraf.com-un xəbərinə görə, Abşeron rayon sakini Cavidan Hümbətzadənin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Cavidan Hümbətzadə Ləman Səmədova (ad və soyad şərti verilib – red.) ilə cinsi əlaqədə olub. Onun Ləman ilə cinasi əlaqədə olması barədə hüquq-mühafizə orqanlarına müraciət daxil olub.

Müraciət əsasında Abşeron rayon Polis İdarəsində araşdırma aparılıb və Cavidan Hümbətzadənin cinayət əməli sübuta yetirilib. Bundan sonra Cavidan Hümbətzadə həbs edilib.

Aparılan ibtida istintaq başa çatıb. Toplanan cinayət işi üzrə material baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Şövkət Nəcəfovanın icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə qapalı məhkəmə iclası başlanacaq.

DOSYE.ORG

COMMENTS