“Gənclərin ictimai iştirakçılıqla bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində seminar

“Gənclərin ictimai iştirakçılıqla bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində seminar

Dosye.org xəbər verir ki, “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi Lənkəran şəhərindəki “Lüks” otelində cənub bölgəsində “Gənclərin ictimai iştirakçılıqla bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti seminar keçirib.

Birliyin sədri, layihənin rəhbəri Raci Səfərovun bildirdiyinə görə, layihənin həyata keçirilməsində məqsəd, region gənclərinin ictimai iştirakçılığıına nail olmaq, qanunvericliyin prioritetlərini təbliğ etmək və bununla da, gənclər arasında hüquqi – informativ məlumatsızlıq probleminin həllinə dəstək olmaqdır. Seminarda 25 gəncdən ibarət iştirakçılara vətəndaş cəmiyyəti institutları, yerli hökumət institutları, ictimai iştirakçılıq haqqında qanunveriliyin prioritetləri, habelə, ictimai şuralar haqqında məlumat verilmişdir. Seminar zamanı yeni qəbul edilmiş “İctimai İştirakçılıq Haqqında” qanun geniş müzakirə olunub.Tədbiri müstəqil ekspert Afiq Məlikov aparıb.

Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla 01 sentyabr – 01 dekabr 2019- cu il tarixləri əhatə edir.

DOSYE.ORG

COMMENTS