Gədəbəydə qorxulu hadisə: Ayı 17 yaşlı oğlana hücum etdi

Gədəbəydə qorxulu hadisə: Ayı 17 yaşlı oğlana hücum etdi

Gədəbəy rayonunda ayı kənd sakininə hücum edib.

“Dosye.org” xəbər verir ki, hadisə rayonun Çalburun kəndində qeydə alınıb.Kənd sakini, 2003-cü il təvəllüdlü Alməmmədov Ülvi ayının hücumuna məruz qalıb.O, müxtəlif bədən xəsarətləri ilə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ü.Alməmmədov ifadəsində bildirib ki, moruq yığarkən ayı ona hücum edib.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır. / Unikal.org

DOSYE.ORG

COMMENTS