Gəncə sakini ağır xəsarət aldı

Gəncə sakini ağır xəsarət aldı

Ayaq nahiyəsindən ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib

 

Ötən gün axşam saat 22:00 radələrində Gəncənin 4 saylı şəhər qəbiristanlığında silahlı insident baş verib.

Dosye.az PİA.AZ-a  istinadən xəbər verir ki, Nizami prospekti 10/2 ünvanında qeydiyyatda olan şəhər sakini 31 yaşlı Zaməddin Fərəcov şəxsi münasibətlər zəminində hələ ki, adı istintaqa məlum olmayan şəxs tərəfindən “Vinçester” markalı silahla güllələnib.

Ayaq nahiyəsindən ağır xəsarət alan zərərçəkən Gəncə şəhər TTYX-nin Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb və hadisəni törədən şəxsin axtarılması istiqamətində iş aparılır.

COMMENTS