Gəncə sakini komputer oyunu üstündə tanışını bıçaqladı

Gəncə sakini komputer oyunu üstündə tanışını bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi olub. Yerli KİV-lərin məlumatına görə, şəhər sakini, 1999-cu il təvəllüdlü R.Məmmədov mübahisə zəminində 4 bıçaq zərbəsi alıb və xəstəxanaya yerləşdirilib.

Onu bıçaqlamaqda şübhəli bilinən tanışı, 2003-cü il təvəllüdlü İ.Zülfiqarov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisəyə isə “PubG” oyunu üstündə düşən mübahisə səbəb olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

DOSYE.ORG

COMMENTS