Gəncədə qan töküldü, polislər hərəkətə keçdi

Gəncədə bıçaqlanma baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Gəncə şəhərində 1994-cü il təvəllüdlü İlqar Vüqar oğlu Ağayev bıçaqlanıb. Onun döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

İlqar Ağayevin vəziyyəti ağır olduğundan dərhal əməliyyat olunub. Həkimlərin səyi nəticəsində İlqar Ağayevin həyatını xilas etmək mümkün olub.

Gəncə polisi hadisəni törədən şəxsi müəyyən edib. Araşdırmalar zamanı məlum olub ki, İlqar Ağayevi onun həmyaşıdı, 1994-cü il təvəllüdlü Saleh Bağırov bıçaqlayıb.

Polis hadisəni törədən şəxsi saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS