“Gecə sərhəddə ciddi insident qeydə alınmayıb” – Ermənistan MN

“Gecə sərhəddə ciddi insident qeydə alınmayıb” – Ermənistan MN

“Gecə Ermənistan-Azərbaycan sərhədində ciddi insidentlər qeydə alınmayıb”.

DOSYE.ORG “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan açıqlayıb.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan  Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunduğunu açıqlayıb. Məlumata görə, tərəflər sentyabrın 14-də saat 20:00-dan etibarən sərhəddə atəşkəs barədə razılığa gəliblər.

COMMENTS