Top.Mail.Ru

Generalın ölümü: böyük müharibə ola bilər

Generalın ölümü: böyük müharibə ola bilər

Ermənistan-Azərbaycan sərhədindəki hazırkı yerli hərbi vəziyyət sürətlə genişmiqyaslı müharibəyə çevrilə bilər. Çox böyük ehtimalla belə də olacaq.

Sosialxəbər.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində Moskva hərbi-siyasi təhlil mərkəzi direktorunun müavini Aleksandr Xramçixin söyləyib.

“Bundan əlavə, ermənilərin Azərbaycanın yüksək rütbəli hərbçilərini öldürdükdən sonra bütün bunların böyük bir müharibəyə çevrilməməsi üçün nə baş verməli olduğunu təsəvvür edə bilmirəm. Hazırdakı vəziyyət mənə hər şeyin daha da kəskinləşməsinin qaçılmaz olduğunu proqnozlaşdırmağa imkan verir”, – deyə ekspert bildirib.

O qeyd edib ki, erməni tərəfi müharibəyə hazırlaşmalıdır, çünki gözlənilən zərbə istənilən vaxt gələ bilər:

“Bu münaqişədə Türkiyənin də iştirakının mümkün olduğunu vurğulamaq lazımdır”, – deyə Xramçixin bildirib.

DOSYE.ORG

COMMENTS