“Gerçəkdənmi bu məkanlardan qazandığınız çirkli pullar namus və ləyaqətinizdən üstündür?!.”

“Gerçəkdənmi bu məkanlardan qazandığınız çirkli pullar namus və ləyaqətinizdən üstündür?!.”

Daha bir məşhur idmançı gecə klublarının bağlanması çağırışına dəstək verdi…

Məşhur dağıstanlı pəhləvan, sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Abdulrəşid Sadulayev da gecə klublarının bağlanması ideyasını dəstəkləyib.

Dosye.org-un Dağıstan mediasına istinadla verdiyi xəbərə görə, olimpiya çempionu “Instagram” səhifəsində müvafiq bəyanat yayımlayıb.

Xatırladaq ki, bundan öncə Mahaçqala şəhərindəki gecə klublarından birində baş vermiş və bir milli qvardiyaçının ölümü ilə nəticələnmiş atışmadan sonra mütləq döyüş üzrə çempion Həbib Nurməhəmmədov, eləcə də Dağıstanda yaşayan lak, kumık xalqlarının ictimai təşkilatları kəskin bəyanatlar yayaraq respublika ərazisində gecə klublarının bağlanmasını tələb edib.

Aktuallığını nəzərə alıb A.Sadullayevin yaydığı bəyanatın mətnini də nəzərinizə çatdırırıq:

“Xəbərlər lenti Mahaçqala gecə klublarından birindəki atışma barədə xəbərlərlə dolub-daşır. Bir cavan öldürülüb, bir neçə nəfər yaralanıb, qalanları isə axtarışdadır – həmin münaqişənin kədərli nəticələri bunlardır.
Mən bilmirəm və bunun səbəbləri haqqında burada danışmayacağam. Amma fakt faktlığında qalır ki, faciə bir gecə klubunda meydana gəlib. Bu “istirahət məkanları”nda çox tez-tez belə xoşagəlməz olaylar baş verir. Mənim əziz qardaşlarım, həmyerlilərim! Axı biz özlərini müsəlman adlandıran dağlılarıq!
Bizim üçün bu ziyanlı müəssisələrdən zərərdən başqa heç bir fayda yoxdur. Orada bir çox rəzil olaylar baş verir, yalnız pozğunluq! Həmişə davalar, atışmalar və qətllər…
Belə məkanlar sahiblərinə xeyli gəlir gətirir və mən üzümü onlara tutub soruşmaq istəyirəm ki, gerçəkdənmi sizin öz uşaqlarınız və ya qohumlarınız yoxdur? Sevdiklərinizə, doğmalarınıza belə bir taleyi arzu edirsinizmi?!.

Sözügedən cavanların analarının indi yaşadığı acını özünüzə də arzulayırsınzmı? Gerçəkdənmi bu çirkli pullar sizin namus və ləyaqətinizdən daha üstündür?!..
Bu günlərdə gecə klublarının bağlanması çağırışına ictimai fəallar və bütün Dağıstan xalqı qoşulmaqdadır. Həmin insanlar gəncliyimizin taleyinə biganə deyillər…
Mənim mövqeyim də eynidır. Bu klublara bizdə yer yoxdur. Əsl dağıstanlılar və müsəlmanlar həyata başqa cür baxış və dəyərlərə sahibdirlər! Allah bizə ağıl və gerçəkləri anlamaq bəsirəti versin…”

P.S. Qeyd edək ki, son onilliklərdə Azərbaycandakı, Bakıdakı gecə klublarında da kifayət qədər iyrənc, Azərbaycan, türk, müsəlman kişisinə, qadınına, qızına yaraşmayan çirkin olaylar baş verir. Nə yazıqlar ki, bəzi “modern” maymaq kişilər(!) və hətta “tanınmış ziyalı” hesab edilən müəllim, rektor atalar(!) da bu yaramaz məkanları “müasirliyimizin, inkişafımızın bir atributu” hesab edərək oğullarının, qızlarının gecə səhərədək cinsi pozğunluq, əyyaşlıq əyləncələrində iştirakına təbii baxırlar…

Dosye.org

 

COMMENTS