“Getdikcə daha yaxşı olacağıq” – Murad Musayev

“Getdikcə daha yaxşı olacağıq” – Murad Musayev

“Çətin oyun oldu, vacib qələbə qazandıq. Futbolçular xarakter göstərdilər. Oyuna sonradan daxil olanlar da yaxşı təsir bağışladı. Bərabərsəviyyəli oyun alındı. “Sumqayıt”a təşəkkür edirəm, biz avrokuboklarda oynayanda bizə güzəşt edib, oyunun təxirə salınmasına kömək etmişdilər”.

Qol.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 10-cu turunda evdə “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Yusif İmanovun yaxın küncdən qol buraxması problemdir. Hər qolun öz səbəbi var. Yusif bəzən canlı səddi düz qurmur, bəzən düzgün mövqe seçmir. Paltardəyişmə otağında Yusiflə və qapıçı məşqçisi ilə çox sərt danışdım. Dedim ki, belə hal qəbuledilməzdir” – deyə o bildirib.

Mütəxəssis qələbəsizlik seriyasına son qoymaqları ilə bağlı deyib:  İnanıram ki, getdikcə daha yaxşı olacağıq. Əzmkar qələbəyə görə şadam. Ümid edirəm ki, düşdüyümüz vəziyyətdən çıxacağıq.

3-4 gündən bir oyun olacaq. Bu, normaldır. Avrokuboklarda oynamaq istəyən belə qrafikə uyğunlaşmalıdır. Heyətlə bağlı problemlərimiz var. Marqarita və Till yığmasında zədə alıb”.

M.Musayev hakimlərin məşqçilərə tez-tez vərəqələr göstərməsi ilə əlaqədar söyləyib: “Qaydalara riayət etməliyik. Daha təmkinli olmalıyıq. Bu gün emosional idim”.

COMMENTS