Gəncə Dövlət Universitetində məzun günü- FOTO

Gəncə Dövlət Universitetində məzun günü- FOTO

mezun.jpg

Mayın 23-ü Gəncə Dövlət Universitetində təntənəli Məzun Günü coşqusu yaşanıb.Universitetin ikinci tədris korpusunda, şəhərin Bayraq Meydanında keçirilən tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.Sonra Azərbaycan Respublikasının Xalq Cumhiriyyətinin 100 illik yubileyinə, Ulu öndər Heydər Əliyevin 95-ci ildönümünə, Gəncə Dövlət Universitetinin yaranmasının 80 illiyinə həsr edilmiş kitab sərgisinə və Pedaqoji fakültənin tələbələrinin idmanda qazandıqları uğurlarını və tələbələrin əl işlərini əks etdirən rəsm sərgisinə baxış keçirilib.

Tədbiri açan universitetin rektoru professor Yusif Yusibov ilk öncə tələbələri “Məzun günü” münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatların əhəmiyyətini xüsusilə vurğulayan rektor universitetin fəaliyyəti, təhsil sistemi, uğurları haqqında da ətraflı məlumat verib. Rektor bildirib ki, tələbələrimizlə savadlı, pedaqoji təcrübəyə və ustalığa malik professor-müəllim heyəti məşğul olur. Bu il bu ali təhsil ocağının 1346 bakalavr və 167 magistr məzunu vardır.

Rektor Yusif Yusibov çıxışında tələbələrin universitetin ictimai-siyasi həyatında olduğu kimi semestr imtahanlarında da daha fəal olduğunu qeyd edərək, məzun olan bütün tələbələrə gələcək həyatlarında və dövlət imtahanlarında uğurlar arzulayıb.

Ulu öndər Heydər Əliyevin dövlətin, cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etməsini qeyd edən Elm və İnnovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə Ümummilli liderin “Dövlət Gənclər Siyasəti haqqında” fərmanını imzalayaraq gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual, mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi,ölkənin ictimai-siyasi və mədəni həyatında iştirakının vacib olduğunu bildirib. Eyni zamanda Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan söhbət açıb.

Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyev çıxışında müstəqil həyata vəsiqə qazanmış məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Riyaziyyat-informatika fakültəsinin tələbələri Hekayət Əhmədzadə və Nigar Əliyeva, Fizika və texniki fənlər fakültəsinin tələbəsi Səbinə Hüseynli məzunlar adından müasir standartlara cavab verən ali təhsil ocağında yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, müəllimlərinə minnətdarlıqlarını bildiriblər. Məzunlar öz fəaliyyətləri ilə onların etimadını doğruldacaqlarına, doğma ali məktəbin adını həmişə uca tutacaqlarına, şərəfini qoruyacaqlarına söz veriblər.

Valideynlər övladlarına uğurlar arzulayıb, övladlarının məzun adına layiq görüldüyünə görə sevincli olduqlarını ifadə ediblər.

Tədbirin sonunda bütün fakültələr üzrə təhsildə əldə etdikləri yüksək nəticələrə, universitetin ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup tələbəyə rektor professor Yusif Yusibovun əmri ilə “Fəxri fərman”lar verilib. Bir qrup tələbələrin valideynlərinə isə “Təşəkkür” məktubu ünvanlanıb.    

Musiqi fənləri kafedrasının tələbələri və digər ifaçıların musiqi çələngləri məzun gününə rəngarənglik bəxş edib. Tədbir məzunların şən rəqsləri ilə yekunlaşıb.

Hörmətlə, Elçin Cavadov,  

Gəncə Dövlət Universitetinin dosenti,

texnika üzrə fəlsəfə doktoru

mezun4.jpg

mezun3.jpg

mezun2.jpg

mezun1.jpg

COMMENTS