Avropa standartlarına uyğunlaşmaq deyəndə bizimkilər nə təhsildən başlayır, nə də səhiyyədən. Gedirlər bu andra qalmış “pritonlar”, əxlaqsızlıq yuvalarını bir-birinin ardınca açmağa başlayırlar.
Bir az pulu olan və vəzifə sahibi olan kürsülülər öz aralarında elə priton yarışmasına da çıxırlar. Kim daha çox priton açacaq, kim daha çox pullu insan cəlb edəcək və sairə ilaxır. Onu nəzərə almaq gərəkir ki, hər bir “priton”nun fəaliyyi insan alveri deməkdir. Bu dövrdə heç heyvan alıb sata bilməyən adi kafe müdri, insanı necə alıb-satsın? Deməli hər fəaliyyət göstərən pritonların arxasında bir vəzifəli şəxs durub. Anasına-bacısına xor baxan həmin kürsülülər də, pritonları iki məqsədlə açırlar. Birincisi yaxşı pul qazanmaq, ikincisi isə yan-yörələrindəki vəzifəliləri şantaj etmək üçün geninə-boluna sübut topalamaq üçün. Bu da artıq hər bir kürsülünün prespektiv düşüncəsinə çevrilib. Ona görə də biz bu gündəyik…
Bakının lap mərkəzində, elə məktəblərin yanı başında fəaliyyət göstərən çayçı və kafelərin abırlı adı altında gizlədilən pritonlar əgər yaxşı məqsədlərlə fəaliyyət göstərirsə, (ki, bunun yaxşı tərəfi yoxdur) nə üçün kafe, restoran, çayçı qriminin arxasına sığınırlar? Mavi ektandan bu cür pritonların fəaliyyətini, insane alverini pisləyənlər, hər gün işə gedərkən yollarının üstündə olan bu pritonları məgər görmürmü. Misal üçün Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi ilə üzbəüz faişəxana fəaliyyət göstərir. Ünvanı dəqiqliyi ilə deyək ki, namərdlik edib orada bu boyda əxlaqsızlığı ört-bastır etmək olmasın. Əksinə həmin fahişəxananın Tbilisi prospekti keçmiş 1 saylı mebel Fabrikinin arxasında “Qala” çay evinin çox da məşhur priton olduğunu bilib, adiyyatı orqanlar tərəfindən yerli-dibli yox edilsə yaxşı olar. Fövqəladə Hallar Nazirliyinin düz astanasında yerləşən bu pritonun fəaliyyətinə niyə göz yumur? Məhər Fövqəladə hallar Nazirliyi yalnız yanğın söndürmək üçün fəaliyyət göstərir? Bir daha təkrara edirik: hər pritonun fəaliyyəti insan alverinin mövcudluğu deməkdir. İnsan alveri məgər fövqəladə hadisə deyilmi? Bəs nə üçün buna göz yumulur?
Biz jurnalist ola-ola araşdırma aparırıq və “Qala” obiyektinin Fuad adlı sahibkara məxsus olduğunu, hazırda isə həmin obiyekti onun qaynanası tərəfindən fidarə olmasına qədər öyrənə biliriksə, görəsən nə üçün hüquq mühafizə orqanları insan alverinə qarşı adiyyati orqanalr bu kimi fövqəladi hadisələrə əhəmiyyət vermir? Əcaba onlar bu cür pritonların fəaliyyətinə gizlin razılıqmı veriblər? Faişəliyin inkişafı eyni zamanda hər bir ölkə vətəndaşını narahat etməlidir. Amma nədənsə etmir. Bu Qala bir deyil… təəsüf ki…
Bu günlərdə “Qara Qarayev” metrosstansiyası ətrafında fəaliyyət göstərən “Əkizlər” çay evinin əxlaqsızlıq yuvasına çevrildiyini də eşitmişdik. Bu hələ son deyil. Araşdırmalarımız zamanı son illər şəhərdə çay evi adı altında priton kimi fəaliyyət göstərən məntəqələrin sayında artım müşahidə olunduğunu bir daha təsdiqləmiş olduq. Belə ki, Səməd Vurğun 6-da “Ankara” kafesi kazino kimi və ona yaxın ərazidə Aristokrat, Viktoriya, Elit adı ilə hamam və masaj salonlarınin iş fəaliyyətindən narazı qalan sakinlər bu adiyyati orqanlardan cəsarətli və qeyrətli çıxıb ki, heç olmasa redaksiayaya müraciət etməyə sözün əsl mənasında “kişiliklər”i çatıb.
Masaj salonları da, “priton” çıxdı
Adı masaj salonu olub, özü priton kimi fəaliyyət göstərən bu fahişəxanada bütün əməliyyatlar müqavilə əsasında reallaşır. Amma görəsən xaricdən qanunsuz yollarla gətirilən və sözü gedən masaj salonunda istismar edilən gənc xanımlarda mı müqavilə yolu ilə çalışdırılır? Məlumatı tam dəqiqləşdirmək üçün əməkdaşımız yuxarıda göstərilən masaj salonların birində müştəri qismində araşdırmalara başlayıb. Və məlum olub ki, Aristokrat, Viktoriya və Elit adı altında fəaliyyət göstərən masaj salonları birbaşa faişəliyin inkişafına təkən verir.
Bir faktı nəzərinizə çatdıraq ki, iyrənc xəstəliklərin yayılmasında biləvasitə “xitmətləri” olan faişələr sərbəst şəkildə çirkin əməllərini həyata keçirir. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, Yasamal rayonu İ.Səfərli küçəsi şəhərin mərkəzində yerləşən bu yer nədənsə hüquq mühafizə orqanlarının əməkdaşlarını heç narahat etmir. Yoxsa həmin məkana yolu düşən hüquq mühafizə xidmətinin əməkdaşları məkanın pulsuz olaraq xidmətlərindən yararlandırları üçünmü, bizim gələcəyimiz olan gənclərimizə olduqca pis örnək olurlar?
Dosye.org-un redaksiyasına gələn çox saylı şikayətlərə və övladlarımızın gələcəyini korlamamaq ümidi ilə Dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin, fiziki və hüquqi şəxslərin insan alverinə qarşı mübarizəni sözdə deyil, əməldə aparmaqla yanaşı dövlət orqanlarına yardım etməlidir. Unutmamalıyıq ki, bu cür əxlaqsızlıq ilk növbədə yoluxucu və iyrənc xəstəliklərə yol açır. Redaksiyamız adına araşdırıb ərsəyə gətirdiyimiz bu iyrənc əməllərin arxasında kimlərin durduğundan asılı olmayaraq, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin, Vergilər Nazirliyi və digər qurumların məsələni nəzarətə götürəcəklərinə inanırıq.
Faktla bağlı araşdırmalarımız davam edir.
Dosye.org
COMMENTS