Gömrükdə nehrəmli rəislər işdən çıxarıldı

Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinatlar olub.

Komitədən verilən məlumata görə, Astara Gömrük İdarəsinin rəisi Ədalət Hüseynəliyev, Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyev və Biləsuvar Gömrük İdarəsinin rəisi Sahib Axundov sərəncama götürülüblər. (APA)

Xudafərin Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov Astara Gömrük İdarəsinə rəis təyin edilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin I müavini Azər Məmmədov Xaçmaz Gömrük İdarəsinin rəisi, Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin müavini İlqar Abdullayev isə Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsini icra edəcəklər.

Komitədən o da bildirilib ki, bu adi prosedur qaydadır: “Bu, Komitə daxilində adi yerdəyişmədir və mütəmadi olaraq baş verir”.

***

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev üç rayonun gömrük idarəsinin rəisini işdən çıxarıb.

DGK-dakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, vəzifəsini itirənlər Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarələrinin rəisləridir.

Burada ən maraqlı məqam işdən çıxarılan hər üç rəisin Naxçıvanın Nehrəm kəndindən olmasıdır (bu kəndin ən məşhur sakinlərindən biri olan iş adamı Hacı İbrahim Nehrəmli də bu gün saxlanılıb).

Aydın Əliyevin üç rayonun gömrük idarəsinin rəisini işdən azad etməsinin səbəbləri hələlik bilinmir.

İstiqlal.az

COMMENTS