Top.Mail.Ru

“Görəsən mənim neçə uşağım var?”- Sperma bankalarının dünyaya verdiyi saysız hesabsız “töhfələr”

“Görəsən mənim neçə uşağım var?”- Sperma bankalarının dünyaya verdiyi saysız hesabsız “töhfələr”

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi dəfələrlə mübahisələrə səbəb olsa dab bu ilin payızında nəhayət ki, qəbul ediləcək.
Sənəddə yer alan surroqat ana və sperma bankı məsələsinə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mane olub. Lakin bu gün məlumat verdiyimiz kimi, QMİ-nin təklifləri götür-qoy edildikdən sonra bütün müsəlman ölkələrinin təcrübəsi öyrənilib və QMİ qanun layihəsinin qəbuluna daha etiraz etmir.

Dünya təcrübəsində sperma bankaları

Britaniyada yaşayan Simon Vatson icazəsiz fəaliyyət göstərən sperma donorudur. Hər həftə sperma bağışlayan Vatson mediaya açıqlamasında demək olar ki hər həftə bir övladının dünyaya gəldiyini yazıb.

“Mənim hesablarıma görə, 800 uşağım var, uşaqların sayını 4 il içərisində 1000- çatdırmağı düşünürəm. İspaniyadan Tayvana qədər bir çox ölkələrdə mənim genimi daşıyan insanlar var. Dünya rekordu qırmaq istəyirəm”,- deyə o, BBC agentliyinə bildirib.

Əslində Britaniyada süni mayalanmaya qarşı qanunlar sərt və xidmət bahalı olduğundan Simonun qanundankənar fəaliyyətindən bir çoxları faydalanır. Simon öz speralarını cəmi 50 dollara satır.Qanunla isə müştərilər bu xidmətə görə 500-1000 sterlinq ödəməli olurlar. Simon öz uşaqlarının valideynləri ilə social şəbəkələrdə tanış olur.

Qeyd edək ki, İngiltərədə 2005-ci ildən bu yana süni mayalanma yolu ilə doğulmuş uşaqlara öz bioloji valideynlərini tanımaq hüququ verilib.Lakin bioloji valideyn bu vaxt heç bir hüquqi haqqa və məsuliyyətə cəlb edilmir, doğum qeydlərində adı yazılmır.

London Sperm Bankının saytı “londonspermbank.com”un yazdığına görə, İngiltərədə 1 nəfər maksimum 10 dəfə donor ola bilər. Qeyd edək ki, London Sperm Bankı İngiltərədə yeganə bank deyil.

Beynəlxalq qanunlara görə, ölkədə 1 nəfərin neçə dəfə donor ola biləcəyi əhalinin sayına görə hesablanır.
Yanlış insanların idarəçiliyində sperma bankları təhlükəli nəticələrə səbəb ola bilir.Məsələn ABŞ-ın Vircinia ştatında spema bankası işlətməçisi olan Cecil Jakobsonun xəstələrinə məhz öz spermalarını satdığına görə həbs edildiyi məlumdur.Nyu Torkda isə sperma bankasında çalışan qaradərili şəxsin müştərilərinə öz spermasını tətbiq etməsi nəticəsində ağdərili valideynlərin qaradərili övladlarınının dünyaya gəlməsi qalmaqala səbəb olmuşdu.
Parlamentin sosial-siyasət komitəsinin iclaslarından birində “Reproduktiv sağlamlıq haqqında qanun layihəsi”nin müzakirəsi zamanı əhalinin sayını nəzərə alaraq 1 nəfərin 5 dəfə donor olması barədə fikirlər səsləndirilib və genetiklər, bunun normal olduğunu deyiblər. Hazırda Mərkəzi Klinikada bir donorun hüceyrələrindən yalnız 3 dəfə istifadə edilir. Çoxlarının xəbəri olmasa da Bakıda sperma donorluğu əslində yaxşı müəyyən dairələrdə yaxşı “qazanc mənbəyi” hesab edilir.Bir dəfə donor olmaqla 300 manat əldə etmək olar.
Bakıda fəaliyyət göstərən özəl klinikalardan bəzilərində hətta beynəlxalq sperm bankasının materiallarından da istifadə olunur.
Mə sələn AVA Skandinaviya Klinikasının saytında qeyd edilib ki, donordan istifadə ana olmaq istəyən tənha qadınlar və ya qadın cütlüklərə də tətbiq olunur.
Bu gün Azərbaycan dövlətinin qanunları çərçivəsində donordan istifadə olunur və bu anonim olaraq qalır. Mövcud olan mərkəzlərdə qadın və kişi donorluğundan istifadə olunur. Əgər kişilər azoospermiyadan əziyyət çəkirsə və əməliyyat yolu ilə də kişi hüceyrələrinin əldə edilməsi mümkünsüzdürsə, bu halda ər və arvadın razılığı ilə sperma bankına müraciət edilir. Donorluq xidmətini icra etdikdə donorun sağlamlığı yoxlanılır, genetik, infeksion testlərdən keçirilir.
Ölkədə donorluq xidmətini tənzimləyən qanun olmadığından bu sahədə nəzarətsizlik hökm sürür. Əldə etdiyimiz qeyri-rəsmi məluma görə, ölkəmizdə 5 klinikada sperm bankı var. Bunlardan yalnız biri – Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun nəzdindəki Ailə Planlaması Mərkəzi dövlət tibb ocağıdır. Yerdə qalanlar özəl xəstəxanalarda yerləşir.
Pul qazanmaq üçün 1 ölkədəki 5 klinikaya hüceyrə satsa və bur 1 donordan 5 dəfə istifadə edilsə bu o deməkdir ki, bu adam ən az 20 uşağın bioloji atası olur. Üstəlik süni mayalanmada doğulan uşaqlarfın sayı ən az 2 olur, o hesabla spermasını satan kişinin genetic kodlarını daşıyan 40 nəfər uşağın doğulma ehtimalı da var. 9 milyonluq bir ölkə üçün fəlakət sayılacaq qədər böyük rəqəmdir və genetic xəstəliklərin yayılmasına səbəb olması ehtimalı böyükdür.
Donorluq fəaliyyəti bir mərkəzdən idarə olusa və yalnız 1 nəfərə donorluq edə bilsə bəlkə problemdən qaçınmaq mümkün ola bilər.
Deputat Kamilə Əliyeva da sperma bankasının yaradılmasına qarşı olanlardandır. Qeyd edək ki, Kamilə Babayeva ixtisasca genetikdir və 30 ilə yaxın bu sahə üzrə BDU-da dərs deyib.

“Genetik olduğum üçün, gələcəkdə bunun fəsadlarını gözümün qabağına gətirdiyim üçün düşünürəm ki, sperma bankının yaradılması genetik partlayışa səbəb olar. Birincisi, bizdə süni mayalanma deyəndə insanlarda başqa təəssüratlar yaranır. İndi bu düşüncələr nisbətən dəyişib. Süni mayalanma deyəndə insanlar digər şəxsin spermasının ana bətninə köçürülməsini nəzərdə tuturlar. Amma bu, tam olaraq belə deyil. Süni mayalanma həm də odur ki, atadan götürülən sperma süni yolla ananın uşaqlığına yeridilir. Və 9 aydan sonra uşaq dünyaya gəlir. Azərbaycanda nə qədər sonsuz olan ailələr Türkiyəyə üz tuturlar və onlar süni mayalanma ilə uşaq dünyaya gətirirlər. Halbuki, bu süni mayalanma Azərbaycanın özündə də aparılır.

Lakin gen bankının yaradılması başqa məsələdir. Bu o deməkdir ki, bir uşağın doğulması üçün həmin bankdan götürülmüş spermadan istifadə edilir. Müəyyən vaxtdan sonra isə kim qarantiya verə bilər ki, “bacı-qardaşlar” evlənməyəcəklər?! Azərbaycan çox böyük ölkə deyil. Araşdıranda hamı bir-birilə qohumdur. Sperma bankının yaradılması nələrə gətirib çıxara bilər – bunu düşünmək lazımdır. Mən genetik olduğuma görə bu təhlükənin miqyasının geniş olduğunu görürəm”.

Təbii ki Milli Məclisdə geniş müzakirələr aparılacaq və ortaq bir məxrəcə gəlinəcək. 10 ildir ölkədə qanun olmadan bu sahədə fəaliyyət göstərilməsi artıq özlüyündə bir problem idi. Sizcə necə olacaq? Tərəflər bir -birlərinə “gəl qanunla qohum olaq”mı deyəcək? Bəlkədə hər kəsi çox sıx düşündürən bir sual da yaranacaq ölkəmizdə çox keçmədən. Görəsən mənim neçə uşağım, neçə bacım, qardaşım, neçə qohumum var?

DOSYE.ORG

COMMENTS