Top.Mail.Ru

Goranboy rayon xəstəxanasına yeni direktor təyin olundu

Goranboy rayon xəstəxanasına yeni direktor təyin olundu

Goranboy Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə İftixar Zeynalov gətirilib.

Bununla bağlı, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. Yeni direktor dünən kollektivə təqdim olunub.

Məlumata görə, İftixar Zeynalov vaxtilə Bərdə Rayon Xəstəxanasında baş həkim vəzifəsində çalışıb. Qeyd edək ki, aprelin 22-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rüstəm Budaqov vəzifəsindən azad olunmuşdu.

DOSYE.ORG

COMMENTS