Goranboyda iki avtomobil toqquşdu – Xəsarət alanlar var

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Dosye.org APA-ya istinadən xəbər verir ki, rayonun Faxralı kəndində “Mercedes” lə “VAZ 2199” markalı avtomoibllərin toqquşması nəticəsində “VAZ” da olan iki nəfər, Faxralı kənd sakinləri, 1973-cü il təvəllüdlü Şəmşir Süleymanov və 1981-ci il təvəllüdlü Mədət Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Dosye.org

COMMENTS