Goranboyda kişi intihar etdi

Goranboy rayonunda intihar hadisəsi baş verib.

APA-nın qərb bürosunun xəbərinə görə, Goranboy şəhəri Səməd Vurğun küçəsində yaşayan 1970-ci il təvəllüdlü Alıyev Arif İmamqulu oğlu yaşadığı evdə özünü asıb.

İlkin məlumata görə, onun külli miqdarda borcu olub.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Dosye.org

COMMENTS