Goranboyda narkokuryer qadın saxlanılıb

Goranboyda narkokuryer qadın saxlanılıb

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən qadın saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan DOSYE.ORG-a verilən məlumata görə, 48 yaşlı İ.Hüseynzadədən 7 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib.

Saxlanılan şəxs qazanc əldə etmək üçün narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS