Goranboyda qonşusu tərəfindən döyülən kişi xəstəxanalıq oldu

Goranboyda qonşusu tərəfindən döyülən kişi xəstəxanalıq oldu

Goranboyda qonşuların münaqişəsi xəstəxanada başa çatıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 38 yaşlı Sahil Sarıyev qonşusu tərəfindən döyülüb.

O, müxtəlif bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Küt alətlə xəsarətlər almış S.Sarıyevin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS