Goranboyda sürücü maşını ağaca çırpdı – yaralanan var

Goranboyda sürücü maşını ağaca çırpdı – yaralanan var

Goranboyda sürücü maşını ağaca çırpdı.

DOSYE.ORG teleqraf.az-a istinadən xəbər verir ki, hadisə rayonun Alpaut kəndində qeydə alınıb.

Kənd sakini 32 yaşlı M.Cabbarov “Mercedes-Benz” markalı avtomobili, kənd ərazisində ağaca çırpıb. Nəticədə sürücü ağır xəsarət alıb.

Yaralı Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS