Bacısı oğlunu baltalayan şəxsin bacısı danışdı: “Hamımızı döyür, anamın pensiyası ilə yaşayır, arvadı da əlindən bezib gedib”
Ağdaşda dayı bacısı oğlunu baltalayıb.
Mingəçevir şəhər sakinləri – 46 yaşlı Cavid İbrahimov və onun bacısı oğlu, 38 yaşlı Mustafa Sofiyev Ağdaşın Kükəl kəndində ata-baba evlərində olan zaman aralarında münaqişə yaranıb. Belə ki, Mustafa dayısı Caviddən evin təmir olunmasında ona kömək etməsini istəyib. Ancaq bu xahiş spirtli içki qəbul edən İbrahimovun xoşuna gəlməyib.
Söyüş və təhqirlərlə davam edən mübahisənin sonu isə qanla nəicələnib. Cavid İbrahimov bacısı oğlunun başına, sifətinə və qollarına balta ilə bir neçə dəfə zərbə vurub.
Zərərçəkənin xalası, zərəryetirənin isə bacısı olan Ofeliya İskəndərova hadisəni belə xatırlayır:
“Düşdüm ki, onları sakitləşdirim. Dedim ki, ay bala, qohum-qonşudan ayıbdır. Gördüm ki, qardaşımın bir əlində balta, bir əlində də dəmir var. Hər tərəfdən uşağı vurur. Axırda uşaq yıxdı onu otluğa. Mən də əlini aralayıb baltanı götürüb atdım uzağa. Uşaq da özü qaçıb getdi. Bilmədim ki, nəyə görə yola qaçdı. Elə bildim polisə xəbər verməyə gedir. Sən demə, uşağın əlini doğrayıb, vurub başını da partladıb”.
Çoxlu qan itirən Mustafa Sofiyev təcili olaraq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Zərərçəkən əməliyyat olunub, vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən Cavid İbrahimov qaçsa da polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə şahidi bildirib ki, qardaşı Cavid İbrahimov dəfələrlə onu, 79 yaşlı anasını və bacısı oğlu Mustafanı döyüb, söyərək təhqir edib. Bundan əvvəl isə Rusiyada hadisə törədərək həbs edilib:
“2 il əvvəl mən bura gəlmişdim. Məni vurmuşdu, polis çağırdım. Həmişə anamı da döyüb, polisə demək istəmişik, anam qoymayıb. Anadır, nə qədər olmasa da, balasıdır. Bu insan – qardaşım hamıya qarşı aqresivdir. Heç yerdə işləmir, anamın pensiyası ilə yaşayır. Arvadı da əlindən bezim gedib”.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır (Region TV).

Dosye.org
COMMENTS