“Bakı “Spartak” üçün yaxşı variantdır. Uzağa üçmaq lazım gəlməyəcək. Həmçinin orada Moskva klubunu sevən çoxlu ləyaqətli insan var”.
Qol.az xəbər verir kj, bu sözləri “Spartak”ın sabiq qapıçısı Anzor Kavazaşvili “Sport-ekspress” qəzetinə açıqlamasında bildirib.
Onun fikrincə, görünür, “Spartak” oyunun Bakıda keçirilməsi üçün Azərbaycan Futbol Federasiyası ilə razılığa gəlib: “Leypsiq”lə UEFA nümayəndəsi danışacaq. Alman klubu bu təklifi qəbul etməyə də bilər. Yekun qərarı gözləməliyik. UEFA “Spartak”ın qərarı ilə razılaşmalıdır. Çünki bizim təyyarələri Avropaya buraxmırlar. Mən oyunun Gürcüstanda, Batumidə keçirilməsini təklif etdim. Həmin şəhərin fəxri vətəndaşıyam. Orada əla stadion var. Təşkilatçılıq işində köməyimi təklif etmişəm”.
Xatırladaq ki, Avroliqanın 1/8 final mərhələsində “Spartak” martın 10-da “Leyptsiq”lə (Almaniya) səfərdə görüşəcək. UEFA-nın qərarına əsasən, cavab matçı martın 17-də neytral meydanda olacaq. Moskva klubu oyunun Bakıda keçirilməsini təklif edib.
DOSYE.ORG
COMMENTS