“Görünür, süni örtük Vurğuna mənfi təsir edib”

“Görünür, süni örtük Vurğuna mənfi təsir edib”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov komandanın kapitanı Vurğun Hüseynovun Misli Premyer Liqasının 28-ci turunda bu gün “Turan Tovuz”la keçirilən səfər oyununda zədələnməsindən danışıb.

Qol.az xəbər verir ki, o, görüşdən sonrakı mətbuat konfransında deyib ki, futbolçusunun zədələnməsinə süni örtüklü meydanda oynamaq səbəb olub:

“Vurğun Hüseynov köhnə zədəsini yenilədi. Bu gün süni ot örtüyündə mübarizə aparırdıq. Bura gəlməmişdən öncə də süni qazonda məşq etmişdik. Görünür, məhz bu amil Vurğuna mənfi təsir edib”.

Xatırladaq ki, təcrübəli müdafiəçi “Sumqayıt”ın 3:2 hesabı ilə qalib gəldiyi matçın 79-cu dəqiqəsində zədələnib və oyunu davam etdirə bilməyib. O, Karim Abubakarla əvəzlənib.

Qeyd edək ki, “Sumqayıt”ın növbəti oyunu aprelin 8-də “Neftçi”yə qarşı olacaq.

COMMENTS