Bu gün Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında kritik danışıqlar aparılıb.
Modern.az xəbər verir ki, görüş təxminən 6 saat davam edib.
Qomel şəhərində baş tutan ilk görüşlə bağlı artıq Kiyev və Moskvadan açıqlamalar verilib.
Ukrayna Prezidentinin Ofis rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, tərəflər müəyyən irəliləyiş əlamətləri olduğu başlıca mövzular təyin ediblər. Danışıq iştirakçılarının nəticələri müzakirə etmək üçün öz ölkələrinə qayıtdığı qeyd olunub.
Danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski TASS-a bildirib ki, razılaşmaya əsasən növbəti görüş yaxın günlərdə Polşa – Belarus sərhədində keçiriləcək.
DOSYE.ORG
COMMENTS