Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Son günlər bəzi saytlarda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə bağlı məlumatlar dərc edilir.

Məlumatların hardan və necə qaynağlandığı isə olduqca şübhələr doğurur. Bir müddət bundan əvvəl yazırdılar ki, güya, kollecin istilik sistemi yararsız vəziyyətdədir və bununla əlaqədar kollec direktoru təhsil alan tələbələrdən rüşvət toplayır.

DOSYE.ORG olaraq məlumatı dəqiqləşdirmək üçün bəzi araşdırmalara ehtiyac duyduq. Məlumat üçün bildirək ki, kollecin istilik sistemi normal qaydada işlək vəziyyətdədir və heç bir təmirə ehtiyac duyulmur. Yəni, yayımlanan məlumat həqiqəti əks etdirmədi. Bununl bağlı kifayət qədər sübütlar təqdim etməyə hazırıq.

Digər bir məlumat da isə bildirilir ki,  Ucar rayonu H.Əliyev prospekti ev 136 sakini Şirinov Raqif Ayaz oğlu üzləşdiyi haqsızlıqlarla bağlı ölkə başçısına, Təhsil nazirliyinə müraciət edib. Müraciətdə bildirilir ki, yaxın qohumu Sevinc adlı tələbənin davamiyyəti yüksək səviyyədədir. Eyni zamanda yaxşı oxuduğuna baxmayaraq imtahanlardan kəsilib. Məsələ ilə bağlı yenidən araşdırmalara başldıq.

DOSYE.ORG bildirir ki, kollecdə belə bir hadisə baş verməyib. Kollecdən bildirilir ki, Sevinc adlı tələbə ilə kollecin hec bir problemi yoxdur. Əfsüslər olsun ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə qarşı qarayaxma kompaniyası bu gün də davam edir. Çox istərdik ki, media nümayindələri daxil olan məlumatları dərindən araşdırıb saytlarda dərc etsinlər. Təbii ki, iş olan yerdə nöqsan qaçılmazdır. Amma yuxarıda qeyd edilən məlumatlar nöqsan deyil, bir başa böhtandır.

Mövzü diqqətimizdədir

DOSYE.ORG

COMMENTS