Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində dəhşətli talan- ŞOK İDDİA

Xəlil Orucov büdcənin 100 min manatını «halal zəhməti» kimi xərcləyib

Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecində oxuyan tələbələr direktorları Xəlil Orucovun əlindən qan ağladıqlarını bildirirlər. Son imtahan smesterində onlardan rüşvət alınmasına kəksin etirazlarını bildirən tələbələr qeyd edirlər ki, hər il təkrarlanan bu acınacaqlı vəziyyətin qarşısını almaqda acizdirlər. Səbəb isə direktorun kimsədən qorxmamasıdır.

Demokratiya.info-nun əldə etdiyi məlumatlarda vurğulanır ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecində baş verən özbaşınalıqlar təkcə bundan ibarət deyil. Həmçinin bir çox tələbələrin imtahan pullarını düzəltmək üçün dərsdən yayındıqları və fəhləlik edərək həmin məbləği düzəltməyə çalışmalarıdır. Bununla bağlı verilən məlumatlarda iddia olunur ki, Xəlil Orucovun məsələdən xəbəri olsa da, baş verənlərdən məmnunluqla danışır.

Amma kollec direktorunun tək gəlir yeri tələbələr deyil. Xəlil Orucovun bir başqa qazancı isə büdcədən ayrılmış vəsaitləri öz xeyrinə mənimsəməsidir. Məsələn, onun ötən il yumşaq inventarların satın alınması adı altında ayrılmış 8000 manatı kollecə xərclədiyinə kimsə inanmır. Çünki bu şəxsin Göyçayda inşa etdirdiyi yeni villasına həmin pula mebel alındığı deyilir.

Direktorun idarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üçün ayrılmış 5000 manatını da eyni məqsədə sərf etdiyinə dair bilgilər var. Xəlil Orucovun tender oyunlarının bir qismi isə aşağıdakı kimidir:
– Cari təmir işlərinin satın alınması-15000;
– İnventarların satın alınması -12000;
-Avadanlıqların satın alınması -8000
– Abadlıq işlərinin satın alınması- 5000
– Abadlıq işlərinin satın alınması- 10000
– Kommunal xidmətlərin satın alınması- 4000
– Digər alışlar və xidmətlərin satın alınması- 5000
– Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması- 10000
– Digər maşın və avadanlıqların satın alınması -12000
– Dəftərxana ləvazimatlarının satın alınması- 7000
– Kommunal xidmətlərin satın alınması -2000 manat.

Burada abadlıq işləri üçün ayrılmış üst-üstə 15 min manatın kollecə qətiyyən aidiyyatı olmayıb. Çünki bu işləri tələbələrin pulu ilə həyata keçiriblər. Dəftərxana ləvazimatlarının alınması üçün nəzərdə tutulmuş 7000 manatın durumu isə kollecdə adi vərəqin tapılmamasından bəllidir.

COMMENTS