Göyçayda 38 yaşlı kişini bıçaqlayan gənc saxlanılıb

Göyçayda 38 yaşlı kişini bıçaqlayan gənc saxlanılıb

Göyçay rayonunda 38 yaşlı şəxsi bıçaqlayan gənc saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 16-da saat 10 radələrində şəhərin H.Əliyev prospektində, “Kəndimiz” marketinin yaxınlığında baş verib.

Belə ki, rayonun 1-ci Ərəbcəbrli sakini, 1994-cü il təvəllüdlü Kamil Həsrətov şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı rayonun 106 saylı Peşə Liseyinin yataqxanasında yaşayan 1981-ci il təvəllüdlü Əmirov Azər Sabir oğlunu döş qəfəsinə bıçaqla xəsarət yetirib. Yaralı təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daha sonra K.Həsrətov Göyçay Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS