Göyçaylıların sevimli icra başçısı

Etiraf edək ki, Göyçay rayonu hər zaman diqqət mərkəzində olub. İstər təbiət baxımından, istərsədə digər keyfiyətləri ilə bir çox rayonlarla müqayisə olunan  Göyçay rayonu,  sözün həqiqi mənasında müsbət xüsusiyyərləri ilə fərqlənir.

Ölkə başçısının rayona təyin etdiyi icra başçısı əlindən gələni əsirgəmir. Xatırladaq ki, Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz Alı oğlu Ağayev Göyçay rayon icra hakimiyyətinin başçısı təyin edildi. Rayon sakinləri və eyni zamanda ziyalılar prezidentin bu addımını yüksək qiymətləndirir və dərin təşəkkürlərini bildirirlər. Əslində Mübariz Ağayev Göyçaylılara yaxından tanışdır.

Cənab başçının iş fəaliyyətinə gəlincə  1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979-1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987-1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989-1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991-1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995-1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-çörək SC idarə heyətinin sədri vəzifələrində işləyib.

Bəli, Göyçaylıların dərin hörmətini qazanan cənab Mübariz Ağayev rayonda tikinti, quruculuq və abadlıq işlərini hər zaman diqqətində saxlayıb. Rayonda abadlıq işləri bir daha yazdıqlarımızı isbatlayır. Bütün bunlar birbaşa ölkə başçısının səmərəli təyinatların  nəticəsidir.

Göyçay rayonuna başçı təyin olunan gündən rayonda xeyriyyə tədbirlərini də xatırlatmamaq ən azından haqsızlıqdır. Bir sözlə, Mübariz Ağayev ona göstərilən etimadı tam doğruldub. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin siyasi kursu Göyçaylılar tərəfindən alqışlanır.

Dosye.org

COMMENTS