Top.Mail.Ru

Göydən yağan quş cəsədləri insanları təşvişə saldı- FOTO

Qəribə hadisə Rusiyada baş verib.
Yerə düşən quş cəsədləri insanları təşvişə salmaqla yanaşı, görüntülər sosial şəbəkələrdə də sürətlə yayılıb. İnsanlar quşları kiminsə öldürdüyünü düşünsə də, mütəxəssislər bunu quş qripi ilə əlaqələndiriblər. Quş cəsədləri nəticəsində Rusiyanın cənub-qərbindəki İdil çayının sahilində yerləşən Balakovo şəhərində küçə və prospektlər ölü quşlarla dolu olub.
İnsanlar qəribə təbiət hadisəsinin qarşısında təəccüblərini gizlədə bilməyiblər. Vətəndaşlar bunu Çernobl hadisəsinə bənzədərək, nüvə stansiyalarında problem olduğunu iddia ediblər. Saratov baytarlıq şöbəsi hadisənin səbəbini araşdırır. Ehtimallar isə quş qripidir.

COMMENTS