DOSYE.ORG saytın elektron ünvanına Göygöl rayon 1 saylı orta məktəbin müəllim heyyəti tərəfindən maraqlı məktub daxil olub. Məktubun məzmunu ilə sizi tanış edirik:
24 Yanvar 2024-cü il tarixdə saat 19-20 radələrində 1 saylı orta məktəbdə saxta diplom ilə direktor işləyən Qabil Misirov sərxoş halda mikroavtobus sürücüsünə zəng edərək onun övladını evə gətirməyi tələb edir. Sürücü isə buna bildirir ki, gətirə bilmərəm, axı maşında başqa sərnişinlər də var. Belə olduğu halda Qabil Misirov sərxoş vəziyyətdə öz dostu ilə Göygöl rayon Üçtəpə kəndindən Goranboy rayonunun Borsunlu kəndinə gəlir. Sərxoş halda mikroavtobusun qarşısını kəsir, maşındakı sərnişinləri və oğlunu yerə salır. Sonra isə sürücüyə əl-qol atır, ona ciddi xəsarətlər yetirir.
Onu da nəzərinizə catdıraq kı, sərnişinlər məktəb şagirdləri olub. Onların qarşısında insana yaraşmayan ifadələr işlədib, sürücünü güllələməklə hədələmişdir. Sonra da sürücüyə qışqırıb ki, get kimə istəyirsən şikayət et. Onsuz da bu məsələdə Qabil Misirovun qanunu keçəcəkdir. İcra başcısı da, rəis də, prokuror da mənəm. Onların övladları mənim məktəbimdə təhsil alırlar. Onlar bizim balacalarımızdır, sənin yox mənim sözümü deyəcəklər.
Məlumunuz olsun ki, saxta diplomla direktor işləyən Qabil Misirov Təhsil İdarəsində işləyənə qədər hal-hazırda həbsdə yatan keçmiş İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin oğlunun atına baxırdı. Sonradan dayısı tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filalının saxta diplomunu aldığından Vilyam Hacıyev Göygöldə İcra Hakimiyyətinin Başçısı işlədiyi dövrdə atlarına yaxşı baxdığı üçün onu təhsil idarəsinə metodist vəzifəsinə işə götürdü.
Hal-hazırda Goranboy rayonunda saxta diplomla məktəb direktoru işləyən Qabil Misirova xuliqanlığla bağlı cinayət işi açılıb. Görəsən Elm və Təhsil Naziri Emin Əmrullayev belə xuliqan direktorları hansı şərtlər əsasında məktəbə buraxır??? Hüquq mühafizə orqanları bu şəxsin cinayətlərindən xəbərləri ola-ola nə vaxta kimi laqeyd qalacaqlar???
Maraqlıdır ki, Qabil Misirov hətta polisin cağırışına belə məhəl qoymur. Görün o polis idarəsi nə gündədir ki, bunun haqqında tədbir görməkdən çəkinir. Maraqlıdır, Bakıdakı məktəblərdə olan hadisələr burada baş verəndən sonramı hörmətli Emin müəllim tədbir görəcəkdir, yoxsa Gəncə-Daşkəsən Təhsil İdarəsinin müdiri Anar Qədimalıyev dostu olduğu üçün şablon cümlələrlə Cənab Naziri aldadacaqdır???
Hörmətlə, məktəbin bir qrup müəllimi
P.S. Elektron ünvanımıza daxil olan şikayət xarakterli məktubda adı hallanan Göygöl rayon 1 saylı orta məktəbin direktoru Qabil Misirovun mövqeyini dərc etməyə hazırıq.
COMMENTS