Göygöl sakini həmkəndlisini bıçaqdan keçirdi

Göygöl sakini həmkəndlisini bıçaqdan keçirdi

Qanlı olay dünən axşam saatlarında rayonun Çaykənd kəndi ərazisində baş verib.

 

Kənd sakini 22 yaşlı Şahbaz Mərdanovu həmkəndlisi 21 yaşıl Əli Ağababayevi şəxsi münaqişə zəminində bıçaqlanıb.

Dosye.org Kəpəz TV-yə istinadən xəbər verir ki, ağır bədən xəsarətləri alan Şahbaz Mərdanov yaxınlıqdakı insanların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində 22 yaşlı gəncin həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Əli Ağababayev Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub. Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.

COMMENTS