Gözəgörünməz kabus 28 yaşlı gənci öldürmək istədi

Ötən gün saat 19:00-da Bakınən Nərimanov rayonunda dəm qazından zəhərlənmə baş verib.

 

ANS PRESS-in məlumatına görə, hadisə Ağa Nemətulla küçəsi 76 ünvanında qeydə alınıb.Həmin ünvanda yaşayan 28 yaşlı Ümid Həmzazadə huşsuz vəziyyətdə tapılıb.

Hadisə yerinə təcili yardım həkimləri çağrılıb. Həkimlərin müdaxiləsi nəticəsində Ümidin həyatını xilas etmək mümkün olub.

Ona ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS