Göz yaşları, zəhərli qaz, dəyənək və polis təpikləri

Göz yaşları, zəhərli qaz, dəyənək və polis təpikləri

Çinin xüsusi bölgəsi sayılan Honkonqda seçkilərin azad və demokratik keçirilməsini tələb edən on minlərlə nümayişçi ilə polis və hərbçilər arasında toqquşmalar olub.

60 tələbə hökumət binaları kompleksi yerləşən əraziyə girəndən sonra toqquşmalar şiddətlənib.

Dosye.org Daily Mail-ə istinadən bildirir ki, 200 nümayişçi saxlanılıb, polislə toqquşmalarda 23 nəfər yaralanıb.

Çinin hakimiyyət dairələrinin “bir ölkə-iki sistem” statusu verdiyi Honkonqda seçkilərin demokratikləşdirlməsinin tələb olunduğu aksiyalara tələbələr başlayıblar.

Onlar Honkonq administrasiyasının rəhbəri Lyan Çjenyinlə görüş tələb ediblər, məmurun iqamətgahını mühasirəyə alıblar.
Tələbələrə məktəblilər də qoşulublar.

Nümayiş iştirakçıları 2017-ci ildə Honkonqda yerli administrasiyanın rəhbərinin birbaşa demokratik seçkilər nəticəsində müəyyənləşdirilməsini tələb edirlər. Həmin vəzifəyə təyinat hazırda Pekinin nəzarətindəki “seçicilər şurası”nın qərarı ilə həyata keçirilir.

Rəsmi Pekin kompromissə gedərək “seçicilər şurası”nın təklif etdiyi bir neçə namizəd arasında seçimin nəzərdə tutulduğu seçkiləri təklif edib. Lakin müxalifət bunu rədd edərək tam demokratik seçkilər tiələb edir.

Müxalifətçilər oktyabrın 1-də, Çin Xalq Respublikasının yaranmasının 65 illik yubileyində genişmiqyaslı aksiya keçirmək niyyətindədirlər.

COMMENTS